Valentin Xristov Avropa çempionu oldu – VİDEO
Tbilisidə ağır atletika üzrə Avropa çempionatı keçirilir.
Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə azərbaycanlı ağırlıqqaldıran Valentin Xristov qızıl medal qazanıb.
62 kq-dək çəki kateqoriyasında yarışan Xristov iki yanaşmaya 295 kq (135 + 160) yük qaldıraraq, Türkiyə və Rumıniyadan olan rəqiblərini geridə qoyub.
Bu, Valentin Xristovun yaşlılar arasında ikinci Avropa çempionu tituludur. O, bu adı ilk dəfə 2012-ci ildə qazanıb. Həmçinin Xristov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiadasının bürünc mükafatçısıdır.
Valentin Xristovun çıxışı və təltifetmə mərasiminin videosunu izləməyə dəvət edirik.
Mənbə:> Oxu.Az