Daha bir idmançımız Avropa Çempionu oldu
Daha bir Azərbaycan atleti Tbilisidə ağırlıqqaldırma üzrə Avropa çempionatında uğurla çıxış edərək çempion olub.
ANS PRESS-in məlumatına görə, 77 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan yığmamızın üzvü Əfqan bayramov ilk çıxışında 180, sonra 192 kiloqramı başı üzərinə qaldırıb və beləliklə təkanla ağırlıqqaldırmada Avropa çempionu adını qazanıb.
Birdən qaldırmada 141 kiloqram nəticə göstərən Əfqan Bayramov, ümumilikdə 333 kiloqramla 5-6-yerləri bölüşüb.
Qeyd edək ki, ötən günlərdə isə 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan yığmamızın üzvü Boyanka Kostova, 62 kiloqram çəki dərəcəsində isə Valentin Xristov Avropa Çempionu olub.
Yarışda 38 ölkədən 268 ağır atlet (112 qadın və 156 kişi) iştirak edir. Çempionat aprelin 18-də yekunlaşacaq.
Mənbə:> ANSPRESS