“Mercedes”in alman pilotu Braziliyada ən güclü oldu – FOTO
“Mercedes” komandasının alman pilotu “Ferrari”dən olan tərəfdaşı Lyuis Hemilton və Sebastyan Fettelə qalib gələrək, Braziliya Qran-prisində ən güclü yarışçı olub, bununla da çempionatda ikinci yeri qazanıb.
Oxu.Az xəbər verir ki, Niko Rosberq mövsümün 18-ci yarışında onu təqib edənlərə şans buraxmayıb.
O, pouldan start götürdükdən sonra yalnız strit-stop zamanı geri qalıb və yolda hazırkı dünya çempionunun səylərinə baxmayaraq hadisələrin gedişatına nəzarət edib.
Rosberq hər üç dəfədə tərəfdaşından öncə boksa daxil olub və Hemiltonun pit-stopundan sonra yenidən lider olub.
Birinci beşlik məsafəni birinci dairəni başa vurduğu eyni qaydada başa vurub. “Mercedes”in nümayəndələrinin arxasınca “Ferrari” və “Williams”dan Valteri Bottas yer alıb.
Skuderiyada Fettel üçün üç pit-stopdan və yumşaq şinlərdə üçüncü qısa kəsikdən ibarət taktiki sxemi sınayıblar, amma bunlar almanın mövqeyini dəyişməyib. O, finlandiyalı tərəfdaşından yarım dəqiqə irəli keçərək, yenidən “qalanlardan ən yaxşısı” olub.
Daniil Kvat əvvəlcə öz altıncı yerdəki mövqeyini qoruyub saxlayıb, amma Niko Hülkenberqin rusiyalını bir dairə önə keçirən birinci pit-stopu, Force İndia yarışçısına irəli keçməyə imkan verib.
San-Pauluda qalan xalları Felipe Massa, Romen Qrojan və Maks Ferstappen qazanıblar.
Bu, Niko Rosberqin karyerasında 13-cü qələbə olub, “Mercedes” komandası isə artıq üçüncü dublu qeyd edirdi.
Mənbə:> Oxu.Az