“Formula-1”in pilotu dünyasını dəyişdi – FOTO
“Formula-1”in “Marussia” komandasının pilotu Jül Byanki dünyasını dəyişdi.
ANS PRESS-in məlumatına görə, 25 yaşlı pilot Fransanın Nissa şəhərində xəstəxanada keçinib. O, 5 oktyabr 2014-cü ildə Yaponiya Qran prisində baş vermiş qəzadan sonra xəstəxanaya yerləşərdi.
“Jül həmişə olduğu kimi sona qədər döyüşdü, amma onun mübarizəsi başa çatdı”,- deyə ailəsinin “Facebook”da yayılmış bəyanatında bildirilir.
Jül Byankinin ailəsinin “Facebook”da yayılmış bəyanatı
Jül Byanki
Jül Byanki Qran-pri zamanı finişə doqquz dəqiqə qalmış trasa çıxmış evakuatorla toqquşub. Beyin zədəsi almış Cül Byanki Yokkaitidə əməliyyat edilib.
Jül Byanki qəzadan öncə
Daha sonra o, süni koma vəziyyətinə salınıb və 19 noyabr 2014-cü ildə komadan ayılıb. Daha sonra onun uzun müddətli reabilitasiyası nəzərdə tutulurdu.
Mənbə:> ANSPRESS