Moskvanın mərkəzində işsizin bahalı “Mercedes”ini oğurladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Moskvanın mərkəzində işsizin bahalı “Mercedes”ini oğurladılar

Moskvanın mərkəzində işsizin bahalı “Mercedes”ini oğurladılar


Moskvanın mərkəzində Novıy Arbatda 10 milyon rubl dəyərində “Mercedes-Benz”i oğurlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti paytaxtın DİN Dövlət İdarəsinə istinadən bildirib.

“Çərşənbə axşamı, axşam saat beş radələrində Novıy Arbat küçəsində yerləşən evin yaxınlığında naməlum şəxs “Mercedes-Benz GL 63 AMG” avtomobilini oğurlayıb. Maddi zərər 10 milyon rubldan ibarət olub”,- mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, zərərçəkən şəxs 39 yaşlı heç bir yerdə işləməyən kişidir. Oğurluq faktı üzrə polisə şikayət ərizəsi ilə müraciət edilib, hal-hazırda cinayətkarın saxlanılması istiqamətində iş aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *