Mourinyo hamını qabaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Mourinyo hamını qabaqladı

Mourinyo hamını qabaqladı


Ən varlı futbol məşqçilərinin reytinqi tərtib olunub.

ANS PRESS-in məlumatına görə, "France Footbal" nəşri tərəfindən ötən ilin yekunlarına əsasən hazırlanan onluğun ilk pilləsində “Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo qərarlaşıb. Onun illik gəliri 18 milyon avro olub. İkinci yeri 15,5 milyon avro ilə “Real”ın çalışdırıcısı Karlo Ançelotti, 3-cü pilləni 15,2 milyon avro ilə “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola tutub.

4-cü yerdə – 11,3 milyon avro ilə Arsen Venger (“Arsenal”), 5-ci yerdə – 10 milyon avro ilə Lui Van Qal (“Mançester Yunayted”), 6-cı yerdə 9 milyon avro ilə Fabio Kapello (Rusiya yığması), 7-ci yerdə 8,5 milyon avro ilə Andre Villaş-Boaş (“Zenit”), 8-ci yerdə 8 milyon avro ilə Sven-Eran Eriksson (“Şanxay Telleys”), 9-cu yerdə 7,2 milyon avro ilə Yurgen Klopp (“Borussiya” Dortmund), 10-cu yerdə 7 milyon avro ilə Loran Blan (“PSJ”) və Devid Moyes (“Real Sosyedad”) qərarlaşıblar.

http://azertag.az/xeber/841474

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *