"Qalatasaray" 70 min avro cərimələndi
UEFA İstanbulun "Qalatasaray" klubunu 70 min avro cərimələyib.
ANS PRESS-in məlumatına görə, qitə futbol qurumu Çempionlar Liqası çərçivəsində oynanılan "Borussiya Dortmund" - "Qalatasaray" oyununda rəqib azarkeşlərinin stadionda törətdiyi hərəkətlər səbəbindən İstanbul klubunu cəzalandırıb.
"Qalatasaray" tərəfdarlarının stadiona vurduğu maddi ziyanın aradan qaldırılması məqsədiylə "Borussia Dortmund" klubuna da pul ödəməlidir.
Meydan sahibləri "Borussiya Dortmund" isə təhlükəsizliyi yaxşı təşkil edə bilməməsinə görə 32 min avro cəzalandırılıb.
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında İstanbulda "Arsenal"a qarşı keçirəcəyi oyuna azarkeşlərin dəstəyi altında çıxacaq.
Mənbə:> ANSPRESS