"Qalatasaray"ın sponsoru bilindi
Türkiyə yığmasının sponsoru olan “Kütahya Seramik” şirkəti “Qalatasaray” klubuna “elçi” düşüb.
ANS PRESS-in məlumatına görə, şirkət sponsorluq üçün kluba müraciət edib.
Türkiyə mətbuatının yazdığına görə, “Kütahya Seramik” rəhbərliyi “Qalatasaray”ın prezidenti Ünal Aysal ilə razılığa gəlib. Şirkət rəhbərliyi ilə klub prezidenti arasında sentyabrın 10-da görüşün keçiriləcəyi bildirilir.
Qeyd edək ki, həm Azərbaycan, həm də Türkiyə mətbuatındaa SOCAR-ın “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Lakin SOCAR bu xəbərləri təkzib etmişdi.
Mənbə:> ANSPRESS