Obamadan Gülə təklif
ABŞ prezidenti Barak Obama Türkiyənin keçmiş prezidenti Abdulla Gülün 2016-cı ildə BMT-nin Baş Katibi vəzifəsində görmək istəyir.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.
Xəbərə görə, Obama Gülün baş katib vəzifəsinə təyin edilməsi ilə bağlı Rusiya və Çin prezidentlərini razı sala bilib. Lakin ABŞ-da mühafizəkarlar Obamanın bu addımını dəstəkləmir.
Türkiyə mətbuatının yazdığına görə, Obama Gülün namizədliyini irəli sürərsə, Türkiyənin keçmiş prezidenti BMT Baş Katibi seçiləcək və ilk dəfə olaraq BMT-də müsəlman şəxs rəhbər vəzifə tutacaq.
Mənbə:> ANSPRESS