“Qalatasaray”dan gözlənilməz məğlubiyyət – VİDEO
Futbol üzrə Türkiyə Superliqasında 3-cü turun növbəti oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, ilk matç günündə bir qarşılaşmanın şahidi olan azarkeşlər, ikinci oyun günündə daha 3 qarşılaşma izləyə biliblər.
Cümə günü baş tutan ilk qarşılaşma “Əskişəhərspor”la “Gənclərbirliyi” arasında oldu və Ankara klubu meydandan qalib ayrıldı – 0:2
Ötən gün isə “Balıkəsirspor”un qonağı olan lider “Qalatasaray” gözlənilməz məğlubiyyət yaşayıb – 2:0. “Aslanlar”dan fərqli olaraq "Akhisar" klubu isə "Kayseri Ərciyəsspor"un qonağı olub və səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 3-cü turun oyunlarına sentyabrın 22-də keçiriləcək iki oyunla yekun vurulacaq.
Türkiyə çempionatı, III tur:
19 sentyabr (cümə)
“Əskişəhərspor” – “Gənclərbirliyi” - 0:2
Qollar: Cifci, 31; Stanku, 86
20 sentyabr (şənbə)
“Ərciyəsspor” – “Akhisar" - 1:2
Qollar: Alkilic, 33 - Gekas, 53; 90
“Balıkəsirspor” – “Qalatasaray” - 2:0
Qollar: Yildirim, 22, Ünal, 44
“Mersin İdman Yurdu” – “Rizəspor” - 2:0
Qollar: Çetin, 13, Kaloğlu, 82
21 sentyabr (bazar)
16:30.“Kasımpaşa” – “Karabükspor”
19:00.“Sivasspor” – “Konyaspor”
22:00.“Fənərbaxça” – “Qaziantepspor”
22 sentyabr (bazar ertəsi)
21:00.“Başakşəhər” – “Trabzonspor”
23:30.“Bursaspor” – “Beşiktaş”
Mənbə:> ANSPRESS