Dünyanın ən bədheybət maşınları – FOTO
Bu vahiməli texnikaya adi tikintilərdə rast gəlinmir. Onlar xüsusi çətin əməliyyatların icrası üçün əvəzedilməzdir. Virtualaz.org dünyanın ən bədheybət maşınlarının fotoşəkillərini təqdim edir.
Vanku Tiger-Stone
Bu əlbəttə ki, insanın ixtira elədiyi ən möhtəşəm texnika deyil, amma işinin sərrastlığına görə onu çox az texnika ilə müqayisə etmək olar. 2010-cu ildə Niderlandın Vanku firması tərəfindən yaradılan Tiger-Stone maşını vasitəsilə yola sürətlə daş döşəmək mümkündür. Bu ənənəvi illə döşəmə üsulundan 3 dəfə daha effektivdir. Bu texnika sutka ərzində 300 kv metr əraziyə daş döşəmək qabiliyyətinə malikdir.
BelAZ-75710
Bu dünyada ən böyük yük daşıyan avtomobildir. Bu maşının kuzovunda 450 tona qədər daş yükləmək mümkündür. Hətta əgər lazım olarsa, 503,5 ton da yükləmək olar.
LeTourneau L'2350
Əgər BelAZ- 75710 maşınına asfaltı sürətlə yükləmək lazımdırsa, onda bu işin öhdəsindən ən yaxşı gələcək LeTourneau L'2350 –dir. O, dünyada ən böyük təkərli yükləyicidir. Onun çömçəsinin eni 7,2 metrə çatır. Bir dəfəyə 75 ton kömür və ya başqa təbii məhsulu yığa bilər. Belə bir maşının qiyməti demək olar ki, 8 milyon dollar civarındadır.
Zoomlion ZACB01
Bu cür avtokranlara çətin ki, adi tikintidə rast gəlinsin. Zoomlion ZACB01 2000 ton yükə qədər qaldıra bilər. Onun maksimal uzunluğu – 160 metr. Bu nəhəng maşının öz çəkisi isə 96 tondur.
SLJ900/32
Uzunluğu 91 metr təşkil edən bu maşının hədəfi nəhəng asma körpülərin tikintisində insanlara kömək etməkdir. O körpünün seqmentlərini qarışdırır, qurur və bərkidir.
NASA Crawler
1965-ci ildə Marion Power Shovel Co şirkəti tərəfindən hazırlanan bu özüyeriyən platforma iki nümunədə "Saturn V" raketlərinin və "Saturn IB" nəqli üçün nəzərdə tutulub. Onlardan hər biri NASA-ya 14 milyon dollarlara başa gəlib. Maşınların çəkisi isə 2400 tondur.
Krupp Bagger 288
Krupp Alman firması tərəfindən yaradılmış Bagger 288 vahiməli ekskavatoru dünyada ən böyük özüyeriyən mexanizmdir – onun çəkisi 13 500 ton təşkil edir. Maşının tikintisi 1978-ci ildə tamamlanıb. Bir gün ərzində Bagger 240 min tona qədər kömür qəbul edə bilər.
Scheuerle
Scheuerle-in özüyeriyən yük modulu vasitəsilə Almaniyanın cənub-şərqində 1258-ci ildə tikilmiş Saksoniya kilsəsini köçürüblər. Texnikanın dəyəri 4,2 milyon avro təşkil edir.
Binanı daşımaq üçün, modulun iki hissəsini bir-birinə paralel bağlamaq lazımdır. Texnika kilsəni yeni yerinə gətirmək üçün lazım olan 12 km məsafəni 6 günə qət edib.
Mənbə:> Virtualaz.org