Qrenlandiyadan böyük bir buz parçası ayrılıb – FOTO
Dünyanın ən böyük adası Qrenlandiyanın Yakobshavn buzlağındın böyük bir hissəsi parçalanaraq ayrılıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, aysberq Davis boğazı və Atlantik okeanı istiqamətində hərəkət edir.
Nəhəng buz dağının ümumi sahəsi 12,5 kvadrat kilometr təşkil edir. Ekspertlərin hesablamalarına əsasən, bərk aqreqat halında olan bu su həcmi Manhetteni 300 metr qalınlığında buz ilə örtə bilər.
Alimlər Yakobshavn buzlağının bir hissəsinin parçalanmasını NASA layihəsi olan Landsat peyki vasitəsilə aşkar ediblər. Təxmin edilir ki, aysberq buzlaqdan avqustun 13-19 tarixləri arasında parçalanıb.
Yakobshavn buzlağı Qrenlandiyanın ümumi sahəsinin 7-10 faizini təşkil edir.
Ehtimal edilir ki, 1912-ci ildə “Titanik” gəmisinin toqquşaraq batdığı aysberq məhz Yakobshavn buzlağının bir hissəsi olub.
Şəkil: NASA
Mənbə:> Oxu.Az