Dünyanın ən böyük təyyarəsinin ilk görüntüləri
Hazırlanmaqda olan dünyanın ən böyük təyyarəsinin ilk görüntüləri internetdə yayımlanıb.
ANS PRESS-in məlumatına görə, “Microsoft”un qurucularından olan Pol Allenın kosmik fəza üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarə layihəsi üzrə işlər davam edir.
Kosmosa peyk, aparat və insan daşıya biləcəyi deyilən nəhəng təyyarənin ağırlığı 544 ton olacaq. Qanadlar arası məsafəsi 116 metr olan təyyarəyə altı ədəd “Boeing 747″ mühərriki qoşulacaq.
Enmə və qalxma üçün 3 kilometr yarımlıq uçuş-enmə zolağına ehtiyac duyulan təyyarənin beş il içərisində ilk sınaq uçuşunun həyata keçiriləcəyi bildirilir.
Mənbə:> ANSPRESS