Aya ilk geri qaytarılan kosmik aparat göndəriləcək » AzNews.info -Xəbər portalı

Aya ilk geri qaytarılan kosmik aparat göndəriləcək

Aya ilk geri qaytarılan kosmik aparat göndəriləcək


Çin ilk geri qaytarılan kosmik aparatını Aya buraxmaq barədə planlarını açıqlayıb.

AzNews.info-nun "Ictnews"a istinadən məlumatına görə, aparatın 2014-cü ilin sonunadək buraxılacağı gözlənilir.

Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət İdarəsinin nümayəndələri bildiriblər ki, kosmik aparat əsas məqsədi Ayda torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək “Çane-5” missiyasının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Çin ilk geri qaytarılan kosmik aparatını ölkənin cənub-qərbində Siçuan əyalətinin eyniadlı hissəsində yerləşən “Siçan” kosmodromundan göndərməyi planlaşdırır. Zondun artıq kosmodroma gətirildiyi bildirilir.

“Çane-5” missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.

2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır.

Mənbə: ICTNews
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *