Çin bu sahədə dünya lideridir
Çin Dövlət Sənaye və Ticarət İdarəsi (SAIC) ölkədə qeydiyyatdan keçmiş markaların sayının 7,61 milyona çatdığını açıqlayıb.
AzNews.info xəbər verir ki, idarənin məlumatında 2002-ci ildən Çinin qeydiyyatda olan markaların sayına görə dünya lideri olduğu qeyd edilib. Ölkədə qeydiyyatdan keçmək üçün müraciət etmiş markaların sayı isə 14 milyondan çoxdur.
SAIC-in sədri Cang Mao bildirib ki, Çin şirkətləri hələ də aşağı xərc üstünlüyünə güvənirlər. Ölkədəki ixracat firmalarının 20 faizinin öz markaları var. C.Mao Çinin cəmi ixracatında firmaların 11 faizinin yerli markaları istifadə etdiyini bildirib.
Çin son illərdə “Made en China” etiketi daşıyan məhsullardan daha çox innovasiyalı məhsul istehsal etmək və onu daha çox ixraca yönəltmək üçün səy göstərir. Ölkə may ayında marka qeydiyyatının və əqli mülkiyyət hüquqlarının qorunması üçün “Qeydiyyatlı marka” qanununa dəyişiklik edib. Çində marka və əqli mülkiyyət hüquqlarının pozuntusu üzrə cərimələrin daha da artırılması planlaşdırılır.
Mənbə:> AzərTac