Qalileo peykinin sayı artacaq – VİDEO

Avropa öz “Qlobal Peyk Naviqasiyası Sistemi”ni təşkil etməyə çox yaxındır.
ANS TV-nin məlumatına görə, dünən Fransa Qvianasındakı kosmodromdan, Soyuz raket daşıyıcısı ilə əlavə 2 Qalileo peyki havaya buraxılıb. Kosmik aparatlar Yerin orbitində mövqelərini tutduqdan sonra, Qalileo peyklərinin sayı altıya çatacaq.
Bundan öncəki peykləri Avropa Kosmonavtika Agentliyi 2011 və 2012-ci illərdə buraxıb. “Qalileo Naviqasiya Sistemi”nin 2018-ci ildə istismara veriləcəyi planlaşdırılır. Həmin vaxt orbitdə belə peyklərin sayı 30-a çatdırılacaq.
Mənbə: ANSPRESS