Dünyanın 2 ən böyük təhlükəsi
BMT-nin insan haqları üzrə komissarı Zeyd Raad əl-Hüseyn Ebola xəstəliyi və İŞİD terror qruplaşmasını dünyanın iki ən böyük təhlükəsi adlandırıb.
ANS PRESS-in məlumatına görə, o, bu iki təhlükənin dünyanın etinasızlığı sayəsində baş qaldırdığını bildirib.
Əl Hüseyn BMT-nin insan haqları üzrə komissarı kimi ilk dəfə keçirdiyi mətbuat konfransında belə deyib. Komissar bildirib ki, onun idarəsi Ebola xəstəliyi ilə mübarizədə bələdçi rolunu oynaya biləcək qaydalar azırlayır. Bunlar insanların hüquqlarını müdafiə edəcək.
Əl Hüseyn İŞİD yaraqlılarını isə potensial soyqırım hərəkatı adlandırıb. O, deyib ki, bu qruplaşma insan haqlarının tam əksidir, onlar öldürür, işgəncə verir, onların ədaləti öldürməkdir.
Mənbə:> ANSPRESS