İŞİD-dən qaçanları Kərkükdə qırdılar
İraqda radikal dini qruplaşmaların ölkənin müxtəlif yerlərində həyata keçirdiyi hücumları dünən gün ərzində davam edib.
ANS PRESS-in məlumatına görə, Kərkük şəhərində yaşayış məntəqəsi yaxınlığında 3 yerdə partlayış törədilib. Hücumlar zamanı, ümumilikdə, azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Rəsmilər partlayış törədilən ərazidə İŞİD silahlılarından qaçan insanların məskunlaşdığını bildirib.
Paytaxt Bağdadda və Tikrit şəhərində də kamikadze hücumlarl olub. Nəticədə 17 nəfər ölüb.
Həmçinin, Kürd Muxtar Regionunun paytaxtı Ərbildə də partlayış törədilib. Avtomobilə yapışdırılan partlayıcının işə düşməsi nəticəsində 3 nəfər yaralanıb.
Bir qədər əvvəl Diyala əyalətində məscidə edilən hücum zamanı isə, 70-dən çox insan ölmüşdü. Rəsmilər hücumu qətliam adlandırıblar. Sünni liderlər vəziyyətlə əlaqədar yeni hökumətin qurulmasına dair parlamentdə aparılan danışıqlar dayandırıblar.
Mənbə:> ANS PRESS