Kərkükdə ardıcıl partlayışlar: 23 ölü, 70 yaralı – VİDEO
İraqın Kərkük şəhərində törədilən üç partlayış nəticəsində 23 nəfər ölüb, 70 adam xəsarət alıb.
İlkin məlumata görə, terror aktının hədəfi şəhəri nəzarətdə saxlayan peşmərgələr olub.
Əvvəlcə peşmərgələrin yaşadığı dördmərtəbəli binaya partlayıcı quraşdırılmış yük maşını ilə hücum edilib.
Bunun ardınca şəhərin iki müxtəlif bölgəsində asayiş binalarına terror hücumu olub. Partlayışlardan biri bazarın yaxınlığında törədildiyindən, ölən və yaralananların sayı daha çox olub. Yaralılar arasında vəziyyəti ağır olanlar var və ölənlərin sayının artacağı istisna olunmur.
Kərkük iyunun 12-dən peşmərgələrin nəzarətindədir. O vaxtdan şəhərdə terror aktlarının sayında azalma müşahidə olunurdu. Son partlayışlar Kərkükün peşmərgələrin nəzatinə keçməsindən sonra ən böyük terror aktı sayılır.
Mənbə:> APA