“Taliban” da İŞİD-dən geri qalmadı
Yüzlərlə "Taliban" silahlısı Əfqanıstanın paytaxtı Kabili hədəf seçiblər.
ANS PRESS-in məlumatına görə, Əfqanıstanda "Taliban" silahlıları paytaxt Kabil yaxınlığındakı bir bölgəyə hücum edib. Hücumda 100-dən çox insan silahlıların qurbanı olub.
İŞİD terror qruplaşmasının baş kəsərək dünyaya meydan oxuduğu bir vaxtda, "Taliban" silahlıları da eyni hərəkəti edib. Belə ki, əfqanıstanlı nümayəndələr Ajrestanda silahlılar tərəfindən 15 günahsız insanın başının kəsildiyi xəbərini yayıb. Hücum edənlər Qəznə vilayətini də ələ keçiriblər.
Bölgənin "Taliban"ın əlinə keçməsindən narahatlıq duyan yerli hakimiyyət orqanı hökumətdən yardım tələb etməyə məcbur olub.
Əfqanıstan Daxili İşlər Nazirliyi tərəfindən Ajrestanda üsyançıları dayandırmaq üçün qoşunların təlimatlandırıldığı bildirilir.
Mənbə:> ANSPRESS