İŞİD bunu da etdi: 300 ölü
İŞİD terror qruplaşması kimyəvi silaha əl atıb.
ANS PRESS-in məlumatına görə, İraqın Fəlluca şəhərində İŞİD-in təşkil etdiyi hücumda xlor qazından istifadə olunub.
Kimyəvi silahın 300 əsgərin həyatına son qoyduğu bildirilir.
Hadisə ilə bağlı detallı məlumatlar açıqlanmayıb.
Qeyd edək ki, İŞİD Suriya ordusuna məxsus hərbi bazalardan kimyəvi silah ələ keçirib. Kimyəvi silah arsenalına malik terror qruplaşmasının atacağı addımlar belə proqnozlaşdırılmır.
Mənbə:> ANSPRESS