NASA-nın peyki Günəşə ən yaxın planetə çırpıldı – FOTO
Amerika Beynəlxalq Kosmik Araşdırmalar Agentliyinin (NASA) “Messenger” adlı peykinin dörd illik vəzifəsini başa çatıdırb.
ANS PRESS-in məlumatına görə, dörd illik missiyasını müvəffəqiyyətlə yerinə yetirən kosmik qurğu Merkuri planetinin səthinə çırıpılıb.
İllərdir Merkurini tədqiq edən və topladığı məlumatları Yerə göndərən “Messenger” peykinin yanacağının bitməsi səbəbilə saatda 13 500 km sürətlə Merkurinin səthünə düşdüyü bildirilir. Bu barədə NASA rəsmi açıqlama yayıb.
Açıqlamada həmçinin Merkuridəki araşdırmaların davam etdiriləcəyi də vurğulanır.
513 kiloqram çəkiyə malik peyk qurğusu indiyədək yerə 270 min fotoşəkil və 10 terabayt həcmində məlumat toplusu göndərə bilib.
Qeyd edək ki, Avropa Kosmik Agentliyi və Yapon Kosmik Agentliyi 2014-cü ildə Günəşə ən yaxın planet olan Merkurinin ətraflı tədqiqi üçün 2017-ci ildə iki yeni peyk buraxacaq.
Mənbə:> ANSPRESS