Yer üçün qorxunc proqnoz
NASA alimləri Yür kürəsi ilə bağlı qorxulu proqnoz açıqlayıblar.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, 27 mart tarixində nəhəng bir asteroid Yerə dəyib keçəcək. Dünyada beş min ildə bir müşahidə edilən bu “YB35” adlı asteroid min metr diametrində və 13 milyon ton ağırlığındadır.
ABŞ elm adamları cümə günü dünyanın beş min ildə bir baş verən nadir təbiət hadisəsinə şahidlik edəcəyini bildiriblər. Bu cismin Yer kürəsinə 4,5 milyon kilometrlik məsafədən keçməsi gözlənilir.
Qeyd edək ki, kiçik diametrdə meteoritlər Yerin ətrafından tez-tez keçir. Ancaq saatda 37 min kilometr sürətlə hərəkət edən “YB35” ölçüsündəki asteroidlər Yerə təxminən 5 min ildə bir bu qədər yaxınlaşır.
“YB35” böyük bir ölkəni yox edəcək gücə sahibdir. Alimlərin fikrincə, bu cism Yerə dəyəcəyi təqdirdə zəlzələ, sunami və iqlim dəyişikliyi baş verə bilər.
Mənbə:> ANSPRESS