Muğanlı-Yevlax yolunun yenidən qurulması işləri yekunlaşır » AzNews.info -Xəbər portalı

Muğanlı-Yevlax yolunun yenidən qurulması işləri yekunlaşır

Muğanlı-Yevlax yolunun yenidən qurulması işləri yekunlaşır


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb.

Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7.5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10.5 metr təşkil edir.

Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri demək olar ki, tam icra olunub. Cəmi 8 min kvadrat metr ərazinin asfaltlanması qalıb ki, bu işlər də yaxın günlərdə yekunlaşacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *