İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto, Video

İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır – VİDEO+FOTO

İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki əsas prospekti, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, ərazidə işlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb.

Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.

Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadrat metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub.

Küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Hazırda səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.



İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır
İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır
İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *