Heydər Əliyev prospekti yeni görkəmdə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto

Heydər Əliyev prospekti yeni görkəmdə – FOTO

Heydər Əliyev prospekti yeni görkəmdə


I Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.

Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən verilən məlumata görə, artıq Heydər Əliyev prospekti əsas yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Yolda yeni asfalt-beton örtüyü salınıb, ayırıcı zolaqlarda səki daşları qoyulub, tamet daşları döşənib, işıq dirəkləri rənglənib. Həmçinin zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.

Hazırda Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsi təmir işləri ilə əlaqədar nəqliyyat vasitələri üçün bağlıdır. Yan yolda da anoloji işlər həyata keçirilir.

Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir, səki daşları dəyişdirilir, səkilərə tamet daşları döşənir, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında yaşıllıq zonası salınır. Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi.

Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulur.

Təmirə bağlanmış yolda işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində işlərin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə Heydər Əliyev prospektinin digər yan yolu, Ekologiya və Təbii Sərvətlər nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.

Qeyd edək ki, həyata keçirilən təmir və abadlıq işlərindən sonra Heydər Əliyev prospektinin görkəmi tamamilə dəyişəcək.

Heydər Əliyev prospekti yeni görkəmdə
Heydər Əliyev prospekti yeni görkəmdə
Heydər Əliyev prospekti yeni görkəmdə

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *