Heydər Əliyev prospektində təmir işləri yekunlaşır – VİDEO+FOTO
Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Təmir işləri çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.
Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq.
Mənbə:> Oxu.Az