Bakıda bir neçə yolun təmiri başa çatdı » AzNews.info -Xəbər portalı

Bakıda bir neçə yolun təmiri başa çatdı

Bakıda bir neçə yolun təmiri başa çatdı


Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelinin bir hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata əsasən, bu gün səhər saatlarından etibarən təmir işləri ilə əlaqədar bağlı olan yol yenidən sürücülərin ixtiyarına verilib.

Bildirilir ki, ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri çərçivəsində “Xırdalan dairə”sindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir olunub.

Təmir işləri zamanı tunelin 5 min kvadrat metr sahəsində asfalt-beton örtüyü tam olaraq yenilənib. Yolun təmir olunan hissəsinin uzunluğu 520 metr, eni isə 5 metrdir. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.

Nəqliyyat Nazirliyinin daha bir məlumatına əsasən, daha iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib.

Belə ki, təmir-tikinti işləri ilə əlaqədar bağlanan 2-ci Alatava küçəsi yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Təmir işləri nəticəsində küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsi ilə “Şamaxinka” adlanan ərazi arasında yerləşir.

Daha bir təmir olunan yol Ziya Bünyadov prospekti ilə Hüseyn Seyidzadə küçəsi arasında yerləşən Eldar Babayev küçəsidir. 1100 metr uzunluğunda, 10 metr enində olan küçənin mövcud asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Küçənin 11 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Artıq bu küçə də təmirtdən sonra sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *