Dünyanın ən güclü 5 ordusu » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Maraqlı, Dünya

Dünyanın ən güclü 5 ordusu

Dünyanın ən güclü 5 ordusu


Dünyanın 5 ən güclü ordusu arasında müqayisə aparılıb.

ANS PRESS-in məlumatına görə, "National İnterest" jurnalının apardığı araşdırmada quru qoşunlar müqayisə edilib. Bununla belə nəşr hesab edir ki, müasir dünyada orduların gücü əsgərlərin sayı ilə ölçülmür.

Məsələn, Şimali Koreyanın 950 min əsgəri var. Ancaq Şimali Koreya bu ordusunun gücünü yarımadadan qırağa çıxarda bilmir. Digər bir tərəfdən Myanmar, İran və Vyetnam ordularında personal sayı Almaniya ordusundan çoxdur.

Nəşrin ekspertləri hesab edir ki, müasir texnologiyalara sahib ordular çox güclüdür, ancaq döyüş meydanında bu göstərici həll edici olmaya da bilər.

Məsələn, 62 minlik Almaniya Ordusunun 1 milyon 100 min hərbçisi olan Hindistan ordusundan güclü olduğunu sübut etmək üçün, bu ölkələrin bir-biri ilə müharibəyə cəlb etmək lazımdır. Əks təqdirdə modern texnika və texnologiyaya sahib Almaniya ordusunun Hindistan ordusunu nədə üstələdiyini iddia etmək belə yanlış olar.

"National İnterest" hesab edir ki, orduları müqayisə etmək çox çətindir. Ancaq dünyada bir ordu var ki, onun hamıdan güclü olmağı sual doğurmur. Bu, ABŞ ordusudur. Bu ordunun quru qoşunlarında 525 min hərbçisi var. Onların əksəriyyəti təcrübəli döyüşçülərdir. Ordunun texniki təchizatı ən müasir səviyyədədir. Və dünyada yeganə ordudur ki, dünyanın istənilən nöqtəsində potensialını reallaşdıra bilir.

ABŞ ordusunda 28 min 500 nəfər xüsusi təyinatlı var. Ən çətin döyüş və kəşfiyyat əməliyyatlarını sözügedən xüsusi təyinatlılar həyata keçirir.

Çin ordusu Asiyada ən böyük ordudur. Çinin quru qoşunlarında 1,6 milyon hərbçi var. Çin ordusu gücünü bütün dünyaya yönəltmək iqtidarında olmasa da, getdikcə güclənməkdədir. Çin ordusu hələlik gücünü ölkə ərazisində göstərməklə kifayətlənir.

Asiyada ikinci ən böyük ordu Hindistandadır. Hindistanın 1,1 milyonluq ordusunun belə çoxsaylı olmağının səbəbi ölkənin sərhədlərinin çox uzun olması, Çin və Pakistan kimi iki rəqib arasında yerləşməsi ilə bağlıdır.

"National İnterest" hesab edir ki, ABŞ ordusundan sonra ən müasir silahlarla təhciz olunan ordu Rusiyaya məxsusdur. Rusiyanın quru qoşunlarında 285 min hərbçi var.

Avropada ən böyük ordu Böyük Britaniyaya məxsusdur. Britaniya ordusu ən çətin döyüş tapşırıqlarını icra etməyə qadirdir. Birləşmiş Krallığın silahlı qüvvələrində 102 min hərbçi var.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *