Ordu döyüş vəziyyətində
Türkiyə ordusu yüksək döyüş hazırliğına gətirilib.
ANS PRESS-in məlumatına görə, Suriya ilə Türkiyə sərhədində İŞİD-lə kürd yaraqlılar arasında Kobani şəhəri uğrunda gedən gərgin döyüşlər rəsmi Ankaranı hərəkətə gətirib.
Belə ki, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə zirehli texnika yığmağa başlayıb.
Türkiyə ordusu İŞİD-lə kürdlər arasındakı döyüşü müşahidə altında saxlayır. Türkiyə tərəfinə atılan mərmilərə isə anındaca cavab verilir.
Qeyd edək ki, İŞİD-hücumları ilə əlaqədar Suriyada yaşayan kürdlər kütləvi şəkildə Türkiyəyə köç etməyə başlayıb. Kürd ailələr evlərindən əşyalarını belə çıxara bilməyib. İŞİD-in hücumlarının səngidiyini eşidən kürd ailələrin bir qismi Kobani şəhərinə dönüb, əşyalarını çıxartmaq istəsə də, Türkiyə sərhədçiləri buna icazə verməyib.
Mənbə:> ANSPRESS