Bu gün səmadan 5 trilyon dollarlıq daş keçəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Bu gün səmadan 5 trilyon dollarlıq daş keçəcək

Bu gün səmadan 5 trilyon dollarlıq daş keçəcək


Bu gün Bakı vaxtıyla saat 15.00-də dünyaya 2.4 milyon kilometrlik məsafədən tərkibində qiymətli metallar olan “2011 UW-158”adlı meteorit keçəcək. ANS PRESS-in məlumatına görə, NASA alimləri meteoritin üzərində 100 milyon ton (100 milyard kq) platin elementi olduğunu müəyyən ediblər. Buna görə, “2011 UW-158” adlı meteoritə 5.4 trilyon dollar dəyər biçilib.

Amerika Birləşmiş Ştatlarının milli gəliri 14.5 trilyon dollardır və bu məbləğ ABŞ-ın mili gəlirinin ⅓-nə bərabərdir.



Kanar adalarında olan “Slooth” adlı rəsədxana meteoritin keçməsini birbaşa internetlə yayımlayacaq.

Diametri 600 metr olan meteoritin, Günəş sisteminin qədim zamanlardan nüvəsindən ayrılan daha böyük bir meteoritin hissəsi olduğu bildirilir.

“Planetary Resources” adlı dağ-mədən şirkəti meteoritin üzərindəki qiymətli maddələri müəyyən etmək üçün "A3R" adlı kosmik vasitəni beynəlxalq kosmik stansiyaya göndərmişdi.

Bu gün səmadan 5 trilyon dollarlıq daş keçəcək

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *