Çinin ağılagəlməz kosmik planı » AzNews.info -Xəbər portalı

Çinin ağılagəlməz kosmik planı

Çinin ağılagəlməz kosmik planı


Çin Xalq Respublikası kosmosda günəş elektrostansiyası tikmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, ölkə alimləri tərəfindən artıq tikilinin planı hazırlanıb. Yer səthindən 36 min km hündürlükdə yerləşəcək nəhəng elektrostansiyanın sahəsi 6 kv.km təşkil edəcək. Plana görə, stansiya kosmosda ən böyük süni konstruksiya olacaq. Bu barədə "İctnews" elektron xidməti bildirir.

Geostasionar orbitdə dövr edən kosmik aparat olacaq elektrostansiyanın iri günəş batareyaları ilə təchiz edilməsi nəzərdə tutulur. Toplanan elektrik enerjisi Yerə lazer və ya mikrodalğalı şüalanma vasitəsilə göndəriləcək.

Bildirilir ki, kosmosda elektrostansiyanın inşasının üstünlüklərindən biri onun potensial effektivliyindədir. Belə ki, kosmosda yerləşdirilən günəş batareyaları enerjini Yer səthində olan batareyalardan on dəfə çox generasiya edə bilər.

Alimlərin fikrincə, layihənin uğurlu olacağı təqdirdə günəş elektrostansiyasının tikintisi planı enerji böhranını aradan qaldıracaq.

Bəzi tənqidçilər qeyd edirlər ki, layihə qarşısında çoxlu maneələr var. Onlardan başlıcası orbitə çıxmaq üçün tələb olunan xərclərdir. Stansiyanın çəkisi təxminən 10 min ton təşkil edəcək, halbuki əksər müasir raketlər orbitə çəkisi 100 tondan çox olan yükləri qaldıra bilir.

Çətinliklərə baxmayaraq Çin stansiyanı 2020-ci ilədək tikməyi planlaşdırır. Məlumata görə, layihənin dəyəri 1 trilyon dollar təşkil edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *