Nəhəng robotlar işıqforları əvəz etdi » AzNews.info -Xəbər portalı

Nəhəng robotlar işıqforları əvəz etdi

Nəhəng robotlar işıqforları əvəz etdi


Konqo Demokratik Respublikasının hakimiyyəti çoxlu sayda yol hərəkəti qaydaları pozuntusunun qarşısını almaq üçün ölkənin paytaxtı Kinşasada kameralarla təchiz edilmiş beş robot quraşdırıb.

ANS PRESS-in məlumatına görə, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun “əlləri” qırmızı və yaşıl lampalarla təchiz edilib. "ICTnews" elektron xəbər xidməti bildirir.

Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır, çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, sonuncular quraşdırılandan sonra çox vaxt oğurlanır.

Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir.

Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar. "Biz robota hörmət etməliyik" – yerli taksi şoferlərindən biri deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *