Prezident 3 ay vaxt verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Prezident 3 ay vaxt verdi

Prezident 3 ay vaxt verdi


Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanununa dəyişiklik edilməsi barədə” fərmanında dəyişikliklər edib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndi rəhbər tutaraq qərar verilib.

Prezidentin fərmanında qeyd edilib ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı” adlı 1 saylı Əlavənin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Nazirlər Kabineti həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014-cü il, № 9, maddə 1043; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 448 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

Dəyişikliyə əsasən, dördüncü abzasdan “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində,” sözləri çıxarılacaq. Bununla yanaşı, beşinci abzasda “cümləsində” sözündən sonra “və 84-cü maddəsinin 6-1-ci bəndində” sözləri əlavə ediləcək. İyirmi yeddinci abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və iyirmi səkkizinci abzas ləğv ediləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 19:37
  • Yazan: Ridwan
Mene4 e4ke4me4t!Milliardlagan de4wle4t ake7aların cilge4 (e4 be4lki fcz kese4sene4?)oe7ırgan ministrnı eşte4n akratdılar da, ore7ık e7aklı ber hanımnı gayıple dip kulga aldılar Sarıknı kem aşagan? c4lbe4tte4 inde – KUYaN!VA:F [1.9.20_1166]Be4ya: +2 (2 tavıştan)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *