Prezident fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında fərman imzalayıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 31.22-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydalarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən ediləcək.
Nazirlər Kabineti hüquqi aktları qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentinə məlumat verməlidir.
Qanuna uyğunlaşdırmanı mərkəzi icra hakimiyyəti orqanları nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat veriləcək.
Mənbə:> ANSPRESS