4 trilyon dollarlıq büdcə » AzNews.info -Xəbər portalı

4 trilyon dollarlıq büdcə – VİDEO

4 trilyon dollarlıq büdcə


ABŞ prezidenti Barak Obama Konqresə 4 trilyon dollarlıq büdcə təqdim edib.

ANS TV-nin məlumatına görə, ABŞ prezidenti Barak Obama ölkədə növbəti böhran dalğasının baş qaldırmaması üçün zəngin amerikalıları məyus edib. Belə ki Obama varlı amerikalılara daha yüksək vergi rüsumları tətbiq edilməsinə göstəriş verib. O, 2011-ci ildə qlobal iqtisadi böhrandan çıxmaq üçün xərclərin avtomatik ixtisarının azaldılmasına çağıran 4 trilyon dollarlıq büdcəni Konqresə təqdim etdi. Obamanın Plana əsasən Pentaqona 561 milyard dollar ayrılıdığını qeyd etdi.

“Bu yeni dünya iqtisadiyyatında Amerikanın uğuru üçün geniş plandır. Ölkədən kənarda keçirilən əməliyyatlara ümumilikdə 58 milyard dollar ayrılmasını təklif edirəm. Bildiyiniz kimi, ABŞ İŞİD əleyhinə vuruşur. Həmçinin Rusiyanın Ukrayndakı əməliyyatlarını da diqqətdə saxlayırıq. Bunun üçünsə 38 milyard dollar ayrılması nəzərdə tutulur”, - deyə Obama bildirib.

Büdcə təklifini dəstəkləyənlər bildirib ki, zəngin amerikalılar üçün vergilərin artırılması aşağı və orta gəlirli amerikalıların vergi kreditlərinin artmasına yardım edəcək. Lakin Respublikaçıların üstünlük təşkil etdiyi Konqres artıq prezidentin planlarına etiraz edəcəyinə işarə edib. Respublikaçılar dəfələrlə prezidentin zəngin amerikalılara yüksək vergi tətbiq edilməsi çağırışlarına etiraz edib. Əvəzində onlar sosial sığorta və səhiyyə proqramlarında islahatların keçirilməsini təklif edir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *