Obama planı imzaladı
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İŞİD-lə mübarizəyə dair Suriya planını imzalayıb.
ANS PRESS-in məlumatına görə, planla bağlı qanun layihəsi Ağ Evin Oval Kabinetində imzalanıb. Bundan qabaq həmin plan ABŞ Konqresinin aşağı və yuxarı palataları olan Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənmişdi.
Planda İŞİD ekstremist hərəkatına qarşı mübarizədə Amerikanın müxalifətin mötədil qoluna yardım etməsi nəzərdə tutulur. Plana əsasən, Pentaqon Suriya müxalifətini silah-sursatla təchiz edəcək və döyüşçülərə təlim keçəcək, lakin Amerika hərbçiləri hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəklər.
Mənbə:> ANSPRESS