İŞİD dünyanın ən varlı terror təşkilatıdır
IŞID terrorçu qruplaşması dünyada ən zəngin terror təşkilatıdır.
ANS PRESS-in məlumatına görə, “Forbes” jurnalının İsrail versiyası İŞİD-in illik gəlirinin təxminən iki milyard dollar olduğunu açıqlayıb.
Jurnalın məlumatına görə, İŞİD terrorçu qruplaşmasının əsas gəlir mənbəyi onlar tərəfindən nəzarət edilən İraqda və Suriyada neft məhsullarının qara bazarda satışı təşkil edir. Neftin barrelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır.
İŞİD üçün daha bir gəlirli mənbə İraq və Suriyada arxeoloji abidələrin mənimsənməsidir. Onları qərb ölkələrində gizli hərraclarda vasitəçilərlə satdırırlar.
Dünyanın ən zəngin terror təşkilatlarının reytinqinin qalan iştirakçılarına gəlincə, ikinci yerdə fələstinin "Həmas" hərəkatı yer alıb.
"Həmas"ın illik gəliri, əsasən Fars körfəzi ölkələri tərəfindən, həmçinin xeyriyyə təşkilatları və fondlar vasitəsilə sponsor dəstəyinin hesabına formalaşdırılan bir milyard dollar təşkil edir.
Üçüncü yerdə 600 milyon dollar gəlirlə Kolumbiyanın FARC təşkilatı durur.
Mənbə:> ANSPRESS