İŞİD-in qızıl pulları » AzNews.info -Xəbər portalı

İŞİD-in qızıl pulları

İŞİD-in qızıl pulları


İŞİD terorçu qruplaşması öz valyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, terrorçuların döviyyəyə buraxacağı pul dinar adlandırılacaq.

İŞİD ərəb xilafəti dövründə olduğu kimi pulları qızıldan və gümüşdən kəsəcək.

Yeni dinarlar yaxın vaxtlarda İŞİD-in Suriyada və İraqda nəzarət etdiyi ərazilərində dövriyyəyə buraxılacaq.

Terrorçular nümunə kimi 630-cu ildə xəlifə Osmanın dövründə buraxılan pulları götürüb. O, vaxt dinar 4,3 qram həcmində qızıl pul olub. 3 qr olan gümüş pul isə dirhəm adlanıb.

İŞİD-in pul buraxma planları neft satışından əldə olunacaq gəlirlərə əsaslanır. Neftin barrelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *