Dünyanın ən bahalı brendləri seçildi » AzNews.info -Xəbər portalı

Dünyanın ən bahalı brendləri seçildi – SİYAHI

Dünyanın ən bahalı brendləri seçildi


ABŞ-ın Forbes jurnalı planetin ən bahalı brendlərinin reytinqini elan edib. Apple korporasiyası birinci yerdə qərarlaşıb. Brend 124,2 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 19% çoxdur. Ekspertlər 2014-cü ildə şirkət tərəfindən buraxılmış məhsulların sayını nəzərə alıblar.

AzNews.info buro247.az-a istinadən xəbər verir ki, siyahıda ikinci yerdə brendi 63 milyard dollar məbləğində qiymətləndirilən Microsoft şirkəti yer alıb. 56,6 milyard dollar göstəriciyə malik Google brendi üçüncü olub. Coca-cola (56,1 milyard dollar) dördüncü, IBM (47,9 milyard dolalar) isə beşincidir. Ən bahalı brendlerin onluğuna, həmçinin McDonald's (39,9 milyard dollar), General Electric (37,1 milyard dollar), Samsung (35 milyard dollar), Toyota (31,5 milyard dollar) və Louis Vuitton (29,9 milyard dollar) daxildir. Mütəxəssislərin qiymətləndirməsinə görə, Facebook brendi 74% bahalaşaraq 23,7 milyard dollar olub. Nəticədə dünyanın ən böyük sosial şəbəkəsi reytinqdə 18-ci pillədə qərarlaşıb.

Ən bahalı brendlərin siyahısını tərtib edən Forbes analitikləri şirkətin gəliri və son üç il ərzində səhmlərinin dəyərini, həmçinin brendin dünya bazarındakı rolunu əsas götürüblər. Reytinqə 100 brend daxil olub.

Mənbə: Buro247.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *