İranın Ermənistana 2 milyard $ yardım etməsi yalan çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İranın Ermənistana 2 milyard $ yardım etməsi yalan çıxdı

İranın Ermənistana 2 milyard $ yardım etməsi yalan çıxdı


İranın Ermənistana 2 milyard dollar yardım etməsi haqda bəzi xarici mətbuat orqanlarında dərc olunan məlumatlar yalan çıxdı.

AzNews.info-nun AzərTAC-a istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam yazılanları təkzib edib.

M. Əfğam keçirdiyi həftəlik brifinqdə bildirib ki, bu məlumat yalandır və həqiqəti əks etdirmir. Nazirliyin rəsmisi jurnalistlərə tövsiyə edib ki, dəqiqləşdirilməmiş məlumatı yaymasınlar.

Xatırladaq ki, Ermənistan baş nazirinin Tehrana səfərindən sonra bəzi xarici mətbuat orqanlarında İranın bu ölkəyə 2 milyard dollar yardım edəcəyi barədə məlumat dərc olunmuşdu.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *