Nazirin infarkt xəbəri yalan çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirin infarkt xəbəri yalan çıxdı

Nazirin infarkt xəbəri yalan çıxdı


Nəqliyyat naziri Ziya Məmmədov infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı məlumatlar yayılıb.

ANS PRESS-in məlumatına görə, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda bildirilir ki, guya nazirin vəziyyəti ağırdır.

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, yayılan söhbətlər tamamilə yalıandır.

“Cənab nazir məzuniyyətlə əlaqədar ayın 17-nə qədər Türkiyəyə gedib. Ziya Məmmədovun Türkiyəyə getməsi müalicə ilə əlaqədar deyil. Onun səhhətinin pisləşməsi ilə yayılan xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir. Bu növ yalan məlumatların yayılması yalnız müxtəlif mətbu orqanların diqqəti özünə cəlb etmək məqsədi daşıyır. Bu qeyri-peşəkar addımdır”, - deyə Namiq Həsənov bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *