Amerika, yoxsa Çin?
ABŞ-da 2030-cu ildə dünyanın ən böyük iqtisadiyyatına sahib olacaq ölkələrin reytinqi müəyyənləşdirilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər yayıb.
Bildirilir ki, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza uyğun olaraq ABŞ 2030-cu ildə ən böyük iqtisadiyyata sahib olacaq. Bu ölkənin ümumi daxili məhsul (ÜDM) üzrə dünyadakı payı indiki 23 faizdən 20%-dək azalacaq. Belə ki, 2030-cu ildə ölkənin ÜDM-i 24,8 trilyon dollar təşkil edəcək.
Reytinq siyahısında ikinci yeri 22,2 trilyon dollar göstərici ilə Çin iqtisadiyyatı tutur. Üçüncü yerə 6,6 trilyon dollarla Hindistan sahib olacaq. Siyahıda Rusiya 2,4 trilyon dollarla 10-cu yeri tutur.
Xatırladaq ki, Qərbin sanksiyalarından sonra Dünya Bankı Rusiya iqtisadiyyatı üzrə proqnozu pisləşdirib.
Mənbə:> ANSPRESS