Serena Uilyams 60 milyon dollar qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Serena Uilyams 60 milyon dollar qazandı

Serena Uilyams 60 milyon dollar qazandı


ABŞ-lı tennisçi Serena Uilyams karyerası ərzində 60 milyon dollar qazanmaqla rekorda imza atıb.

ANS PRESS-in məlumatına görə, Serena “US Open”in finalında danimarkalı Karolin Voznyatskini 6:3 hesabı ilə məğlub edib və qələbəyə görə 3 milyon dollar qazanıb. Bir milyon dolları isə o, qalibiyyət seriyasına görə alıb. İdmançı bu fəxri ada ardıcıl olaraq üçüncü dəfə layiq görülüb.

Əvvəllər S.Uilyams 1999, 2002, 2008, 2012 və 2013-cü illərdə ABŞ açıq çempionatının qalibi olub. O, Avstraliya açıq çempionatında (2003, 2005, 2007, 2009, 2010-cu illərdə), Fransa açıq çempionatında (2002, 2013-cü illərdə) və Uimbldonda (2002, 2003, 2009, 2010, 2012-ci illərdə) qalib gəlib.

Mükafatlara görə ikiçi yeri rusiyalı Mariya Şarapova (30 milyon dollardan çox qazanıb) tutur.

Serena “Böyük şlem”in 18-ci yarışını udub və bu göstəricələrə görə Kris Evert və Martina Navratilova ilə bərabərləşib. İndi onlar “Şlemlər”də qalibiyyətlərin sayına görə ikinçi yeri bölüşürlər. Birinci yeri isə 22 titullu Şteffi Qraf tutur.

Bundan başqa, Uilyams “Şlem”ləri qazandıran yarışlarda vaxt fasiləsinin uzunluğuna görə rekord vurub. İlk rekorda 1999-cu ildə sahib olan idmançı 15 ildən sonra 18- ci rekordunu vura bilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *