Qəfil rastlaşdığı adamı öldürdü, 17 il iş aldı
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mahmud Ağalarov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Orxan Mehdiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, qətl hadisəsi 7 iyul, 2014-cü ildə Zabratda baş verib. Orxan Mehdiyev 30 yaşlı Andrey Vladimiroviç Tbiziyevi vintaçanla qətlə yetirib.
Hadisəyə səbəb tərəflər arasında yaranmış münaqişə olub. Hər iki tərəf hadisə zamanı yolda avtomobil idarə edirmiş. Bu zaman yol vermək üstündə onlar arasında mübahisə yaranıb. Bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonda Orxan Mehdiyev avtomobilində olan vintaçanı götürərək Andrey Tbiziyevə hücum edib. Sonra da vintaçanı onun qarnına soxub.
Zabrat yolu tıxac olduğundan yaralını xəstəxanaya vaxtında catdırmaq mümkün olmayıb və yaralı aldığı xəsarətdən dünyasını dəyişib.
Mənbə:> Virtualaz.org