Bakıda iki yeniyetməni “tok” vurdu
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Hadisə zamanı Elşən Mehdiyev küçəsi 30-da yaşayan 14 yaşlı Rabilov İlkin Vəli oğlunu elektirik cərəyanı vurub. Belə ki, İlkin Rabilov yaşadığı evə gedərkən əli işıq transformatoruna dəyib. Nəticədə onu elektirik cərəyanı vuraraq bir neçə metr kənara tullayıb. İlkin Rabilov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır olduğunu bildiriblər.
Gecə saatlarınada eyni diaqnozla Pirallahı rayonunda yaşayan 15 yaşlı Məmmədzadə Orxan Əlisahib oğlu da xəstəxanaya gətirilib. Orxan Məmmədzadə ailə üzvləri ilə birlikdə həyatyanı sahələrində olan zaman elektirik naqili qırılaraq onun üstünə düşüb. Orxanın atası Əlisahib Məmmədzadə oğluna kömək etmək istəyən zaman elektirik cərəyanı onu da vurub. Xəstəxanadan Orxan Məmməzadənin vəziyyətinin orta ağır oluduğu bildirilib. Əlisahib Məmmədzadəyə isə ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə buraxılıb.
Hər iki hadisə ilə bağlı polislər tərəfindən araşdırma başlanılıb. Bədbəxt hadisələrin baş vermə səbəbləri araşdırılır.
Mənbə:> ANSPRESS