Başı kəsilən gənc pulla it gəzdirirmiş – FAKT
Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb. İt adı açıqlanmayan rus qadının olub. H.Həsənov isə iti gəzdirdiyinə görə pul alırmış. Hadisədən sonra itin sahibi olan qadın da istintaqa cəlb edilib.
H.Həsənovla eyni vaxtda bıçaqlanmış Orxan Məmmədzadənin vəziyyəti ağırdır.
Qeyd edək ki, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov Bakı şəhər sakinləri Həsən Həsənova və
Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib. E.Çobanov isə tutulub.
Mənbə:> AZXEBER.COM