Azərbaycanda dost borc üstündə dostunu öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda dost borc üstündə dostunu öldürdü - VİDEO

Azərbaycanda dost borc üstündə dostunu öldürdü

Kürdəmir şəhərinin Soltan Şixəliyev küçəsin Mərkəzi bazarın yaxınlığında qətl hadisəsi törədilib.

AZNEWS.INFO xəbər verir ki, ANS TV-nin məlumatına görə, belə ki, rayonun Atakişili kənd sakini İlkin Həsənov şəxsi münasibətlər zəmnində aralarında baş verən münaqişə zamanı Kürdəmir şəhər sakini Elçin Əhmədova bıçaqla xəsarət yetirib.

Qarın boşluğunun daxilə keçən kəsilmiş- deşilmiş yarası ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Elçin Əhmədov orada dünyasını dəyişib.

Hadisəni törədən İlkin Həsənov könüllü olaraq Kürdəmir rayon polis şöbəsinə təslim olub. O, polis şöbəsində ifadəsində bildirib ki, hadisə pul borcu üstündə aralarındakı söz-söhbət səbəbindən baş verib. Məlumata görə, İlkin Həsənov öldürdüyü dostu Elçin Əhmədova pul borcu olub. Elçin dəfələrlə dostundan pulunu geri istəməsinə baxmayaraq İlkin onun pulunu qaytarmayıb və üstəlik onu qətlə yetirib. İlkin dostunu onu söyüşlə təhqir etdiyi üçün öldürdüyünü və buna görə peşiman olmadığını bildirib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən cinayət işi açılıb. Qətl hadisənin təfərrüatları araşdırılır.

Mənbə: ANS TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *