Cəlilabadda toydan sonra qətl
Ötən gün Cəlilabad rayonunun Maşlıq Kəndində qətl hadisəsi baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 25 yaşlı Həbib Beytulla oğlu Şahbazov bıçaqlananraq qətlə yetirilib.
Onun Elman Elçin oğlu Mehdiyev trəfindən bıçaqlanaraq qətlə yetirildiyi bildirilir. Mərhumun yaxınlarının sözlərinə görə, hadisə baş verməmişdən bir neçə saat əvvəl Həbib avtomobilinə minərək Elmanla birlikdə kənddəki toy məclisinə yollanıblar.
Axşam saatlarında evə qayıdan Həbibin mobil telefonuna Elman zəng vurub. Elman onu evlərinə çağırıb. Elə hər şey də bundan sonra baş verib.
“Evə çağıran kimi onu bıçaqlayıblar. Heç kimi də evə buraxmayıblar ki, qoy ölsün”, - deyə mərhumun əmisi Xeyrulla Şahbazov bildirib
Hadisə yerinə bıçaqlanan şəxsin bacısı, eləcə də, digər qohumları gəldikdən sonra onu hadisə yerindən götürmək mükün olub. Həbib xəsataxanaya çatdıtrılsa da, onun həyatını xilas etmək mükün olmayıb.
İlikn ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Cəlilabad rayon Prakurorluğunda Cinayət Məcəllsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.
Mənbə:> ANSPRESS