Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı

Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı


Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Quzanlı qəsəbəsində “VAZ-21099” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

Belə ki, 1983-cü il təvəllüdlü Hörmət Hüseyn oğlu Sadıqov idarə etdiyi 02 BL 821 nömrə nişanlı, “VAZ 21011” markalı minik maşınla hərəkət edərkən Elşən Qarayevin yüksək sürətlə idarə etdiyi “VAZ 21099” markalı, 90 MB 974 nömrə nişanlı maşın dönməkdə olan nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində rayon sakinləri Əhməd Qəni oğlu Məmmədov, Elçin Mehdi oğlu Quliyev, Rəşad Kamil oğlu Qarayev, Elmir Bakir oğlu Qarayev və adı müəyyən olunmayan başqa bir sərnişin, həmçinin hər iki avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər. Lakin həkimlər Əhməd Məmmədovun həyatını xilas edə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *